"Mançester Yunayted" yay transfer pəncərəsində ehtiyat qapıçı almaq variantını nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, "Trabzonspor"dakı icarə müddətindən geri dönən Andre Onananın mövsümöncesi hazırlıq matçlarında əsas heyət uğrunda mübarizə aparmaq şansının olmayacağı gözlənilir. Böyük ehtimalla kamerunlu qolkiper karyerasını "Old Trafford"dan kənarda davam etdirəcək.
Klub Senne Lammensə layiqincə əvəzedici tapmaq niyyətində olduğu üçün türkiyəli qapıçı Altay Bayındırın da komandadan ayrılacağı ehtimalı olduqca yüksəkdir.
Çexiyanın gənclərdən ibarət yığmalarında çıxış edən və ötən mövsümü "Bristol Siti"də icarədə uğurla keçirən Radek Vitek isə bu rol üçün namizədlər sırasına daxil edilməyəcək. "Qırmızı şeytanlar" 22 yaşlı qapıçını birdəfəlik satmağı planlaşdırır.


