"Beşiktaş" misirli ulduz Məhəmməd Salahın transferi ilə bağlı danışıqlarda qəti mövqe nümayiş etdirir.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Salah tərəfinə ultimatum verib:

  • Futbolçunun nümayəndələri bir neçə gün ərzində fikirlərini dəyişməzsə, "Beşiktaş" danışıqlar masasından tamamilə qalxacaq.
  • Klub rəhbərliyi mövcud şərtlərdən nə geriyə, nə də irəliyə tərəf heç bir əlavə addım atmayacaq.

Türkiyə təmsilçisi təklif etdiyi maliyyə paketi və müqavilə şərtlərini son hədd hesab edir və oyunçu tərəfindən qəti cavab gözləyir.