Almaniya Futbol İttifaqı (DFB) 2038-ci ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etməkdə maraqlı olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ölkə rəhbərliyi və futbol rəsmiləri Almaniyanın belə möhtəşəm turniri təşkil etmək üçün tam hazır olduğuna əmindirlər.
İnfrastrukturun, stadionların və nəqliyyat sisteminin yüksək səviyyədə olması Almaniyanın bu yarışa iddialı namizəd kimi qatılmasına imkan verir. Almaniya sonuncu dəfə 2006-cı ildə dördilliyin ən böyük futbol turnirinə ev sahibliyi etmişdi.


