İngiltərənin "Liverpul" klubu "Milan"ın mərkəz müdafiəçisi Fikayo Tomorini heyətinə qatmaqda ciddi maraqlıdır.
Offsideplus.az xəbər verir ki, mersisaydlılar İngiltərə millisinin 28 yaşlı futbolçusunun ehtimal olunan transferi ilə bağlı artıq "Milan" rəhbərliyi ilə ilkin danışıqlar aparıblar.
"Qırmızılar" müdafiə xəttini gücləndirmək üçün ingiltərəli müdafiəçini əsas namizədlərdən biri kimi nəzərdən keçirirlər.


