"Çelsi" klubu Cordan Hendersonun transferi üçün danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi 36 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün Premyer Liqanın digər klublarını qabaqlayır.

"Brentford" Hendersonu sərbəst buraxa bilər.

Ötən mövsüm Premyer Liqada Henderson 32 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.