Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Sabah" Finlandiyada "KuPS"lə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İlk oyundan sonra "bayquşlar"ın minimal üstünlüyü var - 1:0.
"Sabah" bu gün mərhələ adlayarsa, onlar ən azından Konfrans Liqasının Liqa mərhələsini təmin edəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunu
19:00 "KuPS" - "Sabah"
İlk oyun - 0:1


