Perunun köklü futbol klublarından olan "Deportivo Municipal" yaranan ciddi maliyyə çətinliklərini aradan qaldırmaq üçün qeyri-adi və maraqlı bir addım atıb.
Offsideplus.az xəbər verir ki, klub maliyyə dəstəyi toplamaq məqsədilə öz forması üzərində tam 1000 kiçik sponsorluq sahəsi yaradıb.
Layihənin təfərrüatları:
-
Qiymət: Formadakı hər bir mikro-sponsorluq sahəsi cəmi 200 Peru soluna (təxminən 90 AZN / 2800 TL) təklif olunub.
-
Nəticə: Qısa müddətdə 1000 sponsorun hamısı satılıb və klub böyük maliyyə dəstəyi əldə edib.
Xüsusilə kiçik biznes sahibləri və azarkeşlərin böyük maraq göstərdiyi bu aksiya nəticəsində ortaya çıxan unikal forma dizaynı sosial şəbəkələrdə geniş əks-səda doğurub.



