“Aylardır bu yarışa hazırlaşırıq”.
Offsideplus.az xəbər verir ki, bunu Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli (65 kiloqram) deyib.
Bürünc medal qazanan idmançı yarışdakı çıxışını şərh edib:
“İnanıram ki, növbəti yarışlaradək buraxdığım səhvləri aradan qaldırıb, çempion olacağam. Bu döyüşdə rəqib ciddi təzyiq göstərirdi. Mən lazımi xalları qazandıqdan sonra müdafiəyə çəkildim, ona görə də üstümə çox gəlirdi. Mən gücümü bərpa edirdim, o isə hücum edirdi. Özümü toparlayıb sonadək dözdüm. Görüş demək olar ki, hesabladığım kimi alındı. Bu, bəxtlə bağlı məsələ deyil, çəkilən əziyyətin nəticəsidir”.
Qeyd edək ki, Orxan Həbibli üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Kunal Daqara qalib gələrək bürünc medala sahib çıxıb.


