Mario Hezonyanın NBA-yə qayıdışı "Real Madrid"lə yaşanan müqavilə problemi ucbatından təxirə düşüb.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı forvard "Klivlend Kavalers"lə 1 illik (2,8 milyon dollar) müqavilə barədə razılıq əldə etsə də, Madrid klubu bu transferə mane olur.
İspaniya təmsilçisi basketbolçunun NBA-yə çıxış bəndinin müddətinin iyulun 20-də bitdiyini və həmin vaxtadək rəsmi təkliflə ödənişin təqdim olunmadığını iddia edir.
Buna baxmayaraq, "Kavalers" transferi tamamlamaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, 31 yaşlı basketbolçu son 6 mövsümü Avropada keçirib. O, daha əvvəl NBA-də "Orlando Mecik", "Nyu York Niks" və "Portlend Treyl Bleyzers"in şərəfini qoruyub.


