İngiltərəli hakim Maykl Oliver zədə səbəbindən 2026-cı il dünya çempionatındakı ilk matçını buraxacaq.
Offsideplus.az xəbər verir ki, E qrupunda Kot-d'İvuar - Ekvador qarşılaşmasına təyinat alan Oliveri fransalı həmkarı Fransua Leteksye əvəz edəcək.
FİFA-nın yaydığı açıqlamada Oliverin zədəsinin ciddi xarakter daşımadığı, təcrübəli referinin yaxın günlərdə tam bərpa olunaraq yenidən oyunlara təyinat alacağı bildirilib.
Qeyd edək ki, Maykl Oliver 2010-cu ildən etibarən İngiltərə Premyer Liqasının matçlarını idarə edir.


