Braziliya millisinin sabiq futbolçusu Calminya Lionel Messi ilə Kriştianu Ronaldo müqayisəsinə toxunub və dünya çempionatında Argentina ilə Braziliyanın şanslarını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o, Messini daha üstün hesab etdiyini bildirib:
"Məncə, Messi Ronaldodan daha yaxşıdır. Lakin bununla Kriştianonun addımını kiçiltmək istəmirəm. Sadəcə, mənim fikrimcə, Messinin istedadı və ustalığı daha çoxdur".
Calminya dünya çempionatındakı şanslar barədə danışarkən Argentinanı favorit görüb:
"Argentina Braziliyanı qabaqlayır. Braziliyanın hazırlıq dövrü çox çətin keçdi, birlikdə işləmək üçün az vaxtımız oldu. Hələ ki, oturuşmuş komandamız yoxdur. Argentina isə daha yaxşı formalaşıb və bir-birini daha yaxşı başa düşür".


