İtaliya Futbol Federasiyası (FIGC) FİFA prezidenti Canni İnfantinonun açıqlamasından narazı qalıb.
Offsideplus.az xəbər verir ki, FİFA rəhbəri daha əvvəl DÇ-2026-ya vəsiqə qazana bilməyən İtaliya millisi barədə danışarkən bu fikirləri səsləndirmişdi:
"FİFA Dünya Çempionatının 64 komandanın iştirakı ilə keçirilməsini müzakirə edirdi. Bəlkə də o zaman İtaliya vəsiqə qazana bilərdi. Hətta iştirakçı sayını 208 yığmaya qədər də çatdıra bilərik..."
ANSA agentliyinin yaydığı məlumata görə, İtaliya Futbol Federasiyası İnfantinonun bu ironik çıxışını uğursuz hesab edib. Təşkilatdakı mənbələr ümumi mövqeyi belə ifadə ediblər:
"Bu, bütün İtaliya idman ictimaiyyətinin hisslərinə toxunan uğursuz bir bəyanat idi".


