Futbol üzrə dünya çempionatında Kanada Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçı 1:1 hesabı ilə başa çatıb.
Hesabı 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri 78-ci dəqiqədə bərabərlik qolunu vurub. Kayl Larin son nəticəni müəyyənləşdirib.
DÇ-2026, B qrupu
Kanada - Bosniya və Herseqovina 1:1
Kanada:
Maksim Krepo, Alister Conston, Lük de Fuqerol, Derek Kornelius, Riçi Lareya, Tajon Byukenen, İsmail Kone, Stefan Eustakio, Liam Millar, Conatan Devid, Tani Oluvaseyi.
Bosniya və Herseqovina:
Nikola Vasil, Amar Dediç, Nikola Katiç, Tarik Muharemoviç, Sead Kolaşinaç, Esmir Bayraktareviç, İvan Başiç, Benjamin Tahiroviç, Amar Memiç, Ermedin Demiroviç, Yovan Lukiç.


