"Bayern Münhen" vingeri Maykl Olise ilə yollarını ayırmaq niyyətində deyil.

Offsideplus.az xəbər verir ki, daha əvvəl "Real Madrid"in 24 yaşlı futbolçu üçün 150 milyon avro təklif etməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

Lakin "L’Équipe" nəşrinin yazdığına görə, bu həftə Münxen klubunun rəhbərlərindən biri mətbuata açıqlamasında, "O, heç 200 milyona da getməyəcək", - deyə bildirib.

Almaniya klubunun idarə heyətinin digər üzvü isə bunu dəstəkləyib: "Olise əvəzolunmazdır. Hətta 500 milyon avro versələr belə, o, heç yerə getməyəcək". 

Fransalı futbolçunu heyətinə qatmağa əsas namizədlər arasında "Mançester Siti" və "PSJ"nin də adları çəkilir. Lakin vaxtilə (2016/17 mövsümündə) akademiyasında çıxış etdiyi "Mançester Siti"yə geri dönmək Olisenin planlarına daxil deyil.

Paris təmsilçisinin isə yeni futbolçular üçün bu qədər böyük məbləğlər xərcləmək niyyətində olmadığı gözlənilir.