"Torino"nun  yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

A seriyası təmsilçisini keçmiş müdafiəçi İnyatsio Abate çalışdıracaq.

Turin klubu 39 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Abate futbolçu karyerası ərzində “Milan”, “Napoli”, “Empoli” və “Torino”da forma geyinib.