AFFA-nın Yarışların Təşkili Departamenti 2026/2027 mövsümündə mübarizə aparacaq komandaların nümayəndələri ilə işgüzar görüş keçirib.
Offsideplus.az xəbər verir ki, tədbirdə əsas diqqət yeni mövsümdə liqaların formatına və növbəti illərdə yarışların təşkilində tətbiq olunacaq yeniliklərə yönəlib.
Milli assosiasiyanın inzibati binasında baş tutan yığıncaqda qurumun baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.
Müzakirələrin daha səmərəli və genişmiqyaslı olması üçün görüşə klubların akademiya direktorları ilə koordinatorları da qatılıb, tərəflərin təklif və rəyləri dinlənilib.


