Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.