Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının yekun mərhələsinə hazırlıq çərçivəsində növbəti mərhələni Yunanıstanda reallaşdıracaq.

Offsideplus.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz bu gün Afinaya yola düşüb.

İyulun 27-dən avqustun 1-dək nəzərdə tutulan təlim-məşq toplanışında voleybolçularımızın bir neçə yoxlama görüşündə quvvəsini sınaması gözlənilir.

Əlavə edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma Avropa çempionatında C qrupunda yer alıb. Komandamız pley-offa vəsiqə uğrunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya seçmə komandaları ilə qüvvəsini sınayacaq. Bu qrupun qarşılaşmaları avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında baş tutacaq.