İtaliyanın idman naziri Andrea Abodi Andrea Pirlonun milli komandanın baş məşqçisi təyin olunması ilə bağlı qərarın ləğvi barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Abodi bu təyinatın Rusiya ilə əlaqəli mərc şirkəti Fonbet ilə əməkdaşlığı çətinləşdirdiyini bildirib. Nazir qeyd edib ki, qərarın verilməsi İtaliya Futbol Federasiyasının prezidentinin səlahiyyətindədir və onun tərəfindən heç bir təzyiq göstərilməyib.
"Mənim öz prinsiplərim var və rusiyalı mərc şirkəti ilə bağlı vəziyyət işimizi asanlaşdırmır. Amma heç nə tələb etməmişəm və izahata ehtiyac duymuram. Fevral 2022-dən bəri baş verənlər, o cümlədən olimpiya atəşkəsinin pozulması bizi çox həssas bir məsələnin qarşısında qoyur. Rusiya ilə bağlı mərc şirkəti məsələsi vəziyyəti daha da mürəkkəbləşdirib və yekun qərarı federasiya prezidenti verir. Mən səhvin düzəldilməsini gözləyirəm. Burada əsas məsələ məsuliyyətin müəyyənləşdirilməsidir, çünki hər kəs vicdanı qarşısında cavabdehdir. Amma tam aydındır ki, baş verənlər olmamalı idi", – deyə Abodi vurğulayıb.
Qeyd edək ki, Pirlonun təyinatı ləğv edildikdən sonra Paolo Maldini və Leonardo 16 gün sonra federasiyanı tərk ediblər.


