"Filadelfiya Siksers" LeBron Ceymsin heyətə qoşulmasından sonra NBA-nin ən çox yayımlanan komandalarından birinə çevrilə bilər.

Offsideplus.az xəbər verir ki, liqa rəhbərliyi 2026/27 mövsümündə 'Filadelfiya'nın milli televiziyada və striminq platformalarında maksimum 34 oyununun yayımlanmasını planlaşdırır.

Müqayisə üçün, ötən mövsüm bu rəqəm cəmi 14 idi. Komanda artıq ən reytinqli qarşılaşmalarda, o cümlədən mövsümün ilk həftəsi və Milad oyunlarında iştirak etməyə ümid edir.

L. Ceymsin transferi "Siksers"ə marağı xeyli artırıb. Bundan əlavə, bilet qiymətlərində də ciddi artım gözlənilir.

LeBronun gəlişi şəhər iqtisadiyyatına ilk ildə 430 milyon dollar qazanc gətirə bilər.