Yan Diomandenin "Real Madrid"ə transfer olunmasının maliyyə detalları məlum olub.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin "Layptsiq"in vingeri üçün 100 milyon avrodan çox xərc çəkəcəyi bildirilir.
ESPN-in məlumatına görə, keçid "kral klubu"na bonuslar da daxil olmaqla ümumilikdə 135 milyon avroya başa gələcək. Transferin sabit məbləği isə 115-120 milyon avro təşkil edəcək.
Bütün bonuslar ödənildiyi təqdirdə, Fil Dişi Sahilindən olan futbolçu "Real Madrid" tarixinin ən baha başa gələn transferi olacaq.
Qeyd edək ki, Diomande ötən mövsüm Bundesliqada keçirdiyi 33 matçda 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


