"Çelsi" "Brayton"un təcrübəli hücumçusu Danni Uelbekin transfer variantını nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, London klubu 35 yaşlı hücumçunu heyətinə qatmaqda maraqlıdır və "Brayton" rəhbərliyi artıq bu maraqdan xəbərdardır. Danışıqlar hələ ilkin mərhələdə olsa da, hər iki tərəf sövdələşmənin baş tutacağına optimist yanaşır.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Məlumata görə, "Çelsi"nin baş məşqçisi Xabi Alonsonu Uelbekin keyfiyyəti ilə yanaşı, onun liderlik keyfiyyətləri də cəlb edir. İngiltərəli forvardın "Brayton" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.