​İspaniyanın "Atletiko Madrid" klubu "Real Madrid"lə yanaşı, "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister ilə maraqlanmağa başlayıb.

Offsideplus.az xəbər verir ki, ​hər iki İspaniya nəhəngi heyətlərini gücləndirmək üçün potensial variantları dəyərləndirərkən argentinalı futbolçunun oyununu yaxından izləyirlər.

Hazırda "Liverpul" ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan 27 yaşlı futbolçu ilə hələ ki hər hansı yeni sözləşmə imzalanmayıb.