Almaniyanın "Bayer Leverkuzen" klubu diqqətçəkən gənc hücumçusu Kristian Kofane ilə uzunmüddətli yeni sözləşmə bağlamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında müzakirə olunan yeni müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Gənc futbolçunun çıxışı Premyer Liqa nəhəngi "Arsenal"ın da diqqətini çəkib. London təmsilçisi 20 yaşlı oyunçunu yaxından izləyir və gələcəkdə transfer etmək üçün əsas namizədlərdən biri hesab edir. "Bayer Leverkuzen" rəhbərliyi isə hesab edir ki, istedadlı forvard gələcəkdə 100 milyon avrodөн çox transfer gəliri qazandıra bilər.


