Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq yarışlarına ev sahibliyi edən ölkələrdən birinə çevrildiyini vurğulayıb. O, dövlət dəstəyi sayəsində ölkədə müasir idman infrastrukturunun formalaşdırıldığını və güləş də daxil olmaqla müxtəlif idman növlərinin inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edib.
Gənclər və idman naziri Fərid Qayıbov Bakının beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini və dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkədə bu sahənin sürətlə inkişaf etdiyini qeyd edib, Azərbaycan təmsilçilərinin beynəlxalq turnirlərdə qazandıqları uğurların bunun bariz nümunəsi olduğunu bildirib.
bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
Bakıda U-17 dünya çempionatının keçirilməsini mühüm idman hadisəsi kimi dəyərləndirib. O, belə mötəbər yarışların gənc güləşçilərin beynəlxalq arenada təcrübə qazanması və gələcək çempionların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç Gənc yaş kateqoriyasında mübarizə aparan idmançılara uğurlar arzulayıb.
Onların gələcəkdə Yay Olimpiya Oyunlarında da ölkələrini layiqincə təmsil edəcəklərinə inandığını qeyd edib. O, U-17 dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Nenad Laloviç, həmçinin Dünya Güləş Birliyi adından Milli Olimpiya Komitəsinə və Prezident İlham Əliyevə göstərilən dəstəyə görə minnətdarlığını çatdırıb.
Açılış mərasimi bədii proqramla davam edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qüvvəsini sınayır. Azərbaycanı mundialda 29 pəhləvan iştirak edir.


