İspaniyanın "Real Madrid" klubu Almaniyanın "RB Leypziq" komandasında çıxış edən hücumçu Yan Diomandenin transferini yekunlaşdırmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" 19 yaşlı Fil Dişi Sahili milli komandasının üzvü üçün Almaniya təmsilçisinə 100 milyon avro ödəyəcək.
Gənc ulduzla 5 mövsümlük müqavilə imzalanması barədə tərəflər arasında razılıq əldə olunub.
Ötən mövsüm "RB Leypziq" heyətində uğurlu çıxış edərək Avropa nəhənglərinin diqqətini cəlb edən Diomandenin transferi üçün "Paris Sen-Jermen" və "Liverpul" kimi klublar da iddialı olsa da, futbolçu karyerasını "Real Madrid"də davam etdirməyə üstünlük verib.


