"Qarabağ" FK-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, finalda "İdman TV"ni 4:0 hesabı ilə məğlub edən "J United" yarışın çempionu olub. 3-cü yer uğrunda matçda "Xəzər" "CBC Sport"a (8:2), 5-ci yer uğrunda görüşdə isə "Futbol+" "Media 1875"ə (4:1) qalib gəlib.

Qarşılaşmalardan sonra keçirilən mükafatlandırma mərasimində "Qarabağ"ın Baş direktoru Emrah Çelikel media nümayəndələrini təbrik edərək, artıq ikinci dəfə keçirilən turnirin ənənəvi xarakter aldığını vurğulayıb. Qaliblərə mükafatları Emrah Çelikel, mətbuat xidmətinin rəhbəri Anar Hacıyev və Akademiya meneceri Nail Kərimov təqdim ediblər. Həmçinin xanım idman jurnalistləri üçün təşkil olunan xüsusi müsabiqənin qalibləri də mükafatlandırılıb.

"J United"in üzvlərindən Kamran Quliyev ən yaxşı oyunçu, Murad Şirinov isə ən yaxşı qapıçı mükafatına layiq görülüb.

Qeyd edək ki, çempion komanda "J United" komandasının heyətində Offsideplus.az-ın əməkdaşları Murad Şirinov və Müzəffər Quluzadə də yer alıb.