"Qalatasaray" heyətini gücləndirmək məqsədilə transfer çalışmalarına davam edir.
Offsideplus.az xəbər verir ki, onların hədəfində dünya ulduzu olan Rafael Leao da yer alır.
"Aslanlar" "Milan"ın ulduz hücumçusu Rafael Leaonu transfer etmək üçün hərəkətə keçib. İstanbul təmsilçisi portuqaliyalı vingeri satın alma opsiyası ilə icarəyə götürmək niyyətindədir.
Lakin "Milan" rəhbərliyi bu təklifə müsbət yanaşmır. İtaliya klubu futbolçunu icarəyə verməkdənsə, onun birdəfəlik transferində və nağd satışında maraqlıdır. Tərəflər arasında danışıqların necə yekunlaşacağı maraqla gözlənilir.



