Bredli Barkolya PSJ ilə yeni müqavilə imzalamayacaq.
Offsideplus.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, vinger bu yay transfer variantlarını nəzərdən keçirməyə hazırdır və yeni sözləşmə bağlamayacaq.
23 yaşlı futbolçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
Fransalı oyunçu heyətini gücləndirmək istəyən "Liverpul"un əsas hədəfi olaraq qalır.


