“Fənərbaxça” transfer bazarında növbəti səs-küylü keçidini reallaşdırmağa çalışır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Real Madrid”in cinah oyunçusu Brahim Diası heyətinə qatmaq üçün hərəkətə keçib. 

Məlumata görə, “sarı-lacivərtlilər” 26 yaşlı mərakeşli futbolçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıb. Klub rəhbərliyi baş məşqçi Joze Mourinyonun da bəyəndiyi futbolçunu icarə əsasında və satınalma hüququ ilə heyətə cəlb etmək variantını nəzərdən keçirir. 

Brahim Diasın “Real Madrid”dəki gələcəyi hələ dəqiq deyil. Madrid klubunda əsas heyətdə daimi yer ala bilməyən hücumameyilli yarımmüdafiəçinin ayrılma ehtimalı yüksək qiymətləndirilir. Bu səbəbdən “Fənərbaxça” yaranmış vəziyyətdən yararlanaraq transferi qısa müddətdə yekunlaşdırmaq niyyətindədir.