Vinisius Juniorun "Real Madrid" klubundakı gələcəyi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo braziliyalı hücumçunu heyətində görmək istəyir. Portuqaliyalı mütəxəssis bu barədə klub rəhbərliyi ilə əlaqə saxlayıb və Vinisiusu komandada saxlamağı xahiş edib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, J.Mourinyo 2026-cı ilin yayında "Kral klubu"nun baş məşqçisi olub.