Kişi basketbolçulardan ibarət Azərbaycanın U-18 millisi Avropa çempionatının B divizionunda mübarizəni davam etdirir.

Offsideplus.az xəbər verir ki, onlar bu gün Ukrayna yığması ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, B qrupunda mübarizə aparan komandamız ilk oyunda Polşaya məğlub olub - 60:70.