Kabo-Verde milli komandasının qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubu ilə anlaşıb. 

Offsideplus.az xəbər verir ki, tərəflər arasında şifahi razılıq əldə olunub.

Sənədlərin həftəsonu imzalanacağı gözlənilir. Daha sonra təcrübəli qolkiper tibbi müayinədən keçmək və rəsmi müqavilə bağlamaq üçün Çiliyə yola düşəcək.

Bununla da 38 yaşlı qapıçının karyerasında yeni mərhələ başlayır.