ABŞ Prezidenti Donald Tramp Maykl Cordan və Lebron Ceyms arasında tarixin ən yaxşı basketbolçusunu seçərək öz fikrini bildirib.
Offsideplus.az xəbər verir ki, o, seçimini belə əsaslandırıb:
“Bilirsiniz, Cordan mənim dostumdur, biz onunla qolf oynayırıq. O, çox yaxşı oğlandır. Lebron isə, bəlkə də, irqçidir. Ya da ola bilsin, sadəcə Trampı sevmir... Mən yalnız məni sevənləri sevirəm. Ona görə də deyərdim ki, birmənalı olaraq - Maykl Cordan”.
Dünən məlum olub ki, 41 yaşlı Ceyms “Filadelfiya” ilə 2 illik (8 milyon dollar dəyərində) müqavilə bağlayaraq karyerasını bu klubda davam etdirəcək.


