Bu gün "Araz-Naxçıvan" və "İmişli" arasında yoxlama oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovun köməkçiləri də yer alıblar.

Onlar A milli komandaya namizəd futbolçuları yaxından izləyiblər.

Qeyd edək, görüş 2:2 hesabı ilə başa çatıb.