Andrea Pirlo "İtaliya" milli komandasının yeni baş məşqçisi postuna gətirilir.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında razılaşmanın yaxın saatlarda rəsmən tamamlanacağı və müqavilənin imzalanacağı gözlənilir.  

​İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo 47 yaşlı mütəxəssisi yığmaya rəhbərlik etmək üçün əsas namizəd kimi seçiblər. Federasiya rəhbərliyi Pirlonun "İtaliya" yığmasını yenidən dünya futbolunun zirvəsinə qaytaracaq potensaiala malik olduğuna inanır.  

​Futbolçu kimi "İtaliya" millisinin heyətində 2006-cı ildə dünya çempionu olmuş Andrea Pirlo, məşqçilik kariyerası ərzində bir neçə klubda çalışıb:  

  • "Yuventus"  
  • ​"Fatih Karagümrük"  
  • ​"Sampdoriya"  
  • ​"Dubay Yunayted"  

​Son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Dubay Yunayted" klubuna rəhbərlik edən italyan mütəxəssisin milli komandadakı debütünün qarşıdakı Millətlər Liqası matçlarında baş tutacağı gözlənilir.