UFC-nin ağırçəkili döyüşçüsü Rizvan Kuniyev, Sergey Pavloviç və Aleksandr Volkovun bacarıqlarını qiymətləndirib. Kuniyev, hər iki döyüşçünün özünəməxsus təhlükəli olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Kuniyev, Pavloviçin nokaut zərbəsi və uzun qolları ilə, Volkovun isə hündürlüyü və təcrübəsi ilə fərqləndiyini qeyd edib. Hər iki döyüşçüyə qarşı xüsusi hazırlıq tələb olunduğunu vurğulayıb. Kuniyev, hazırda Tom Aspinallı ən güclü ağırçəkili döyüşçü hesab etdiyini bildirib. O, Aspinallın Sergey Pavloviçlə döyüşündə nokautla qalib gəldiyini və Aleksandr Volkovu asanlıqla məğlub etdiyini xatırladıb. Kuniyev, Aspinallın həm boksda, həm də qrapplinqdə güclü olduğunu vurğulayıb.
Kuniyev, UFC Fight Night 282 turnirində Tayrell Forçuna qarşı döyüş keçirəcək. Turnir 25 iyulda Əbu-Dabidə baş tutacaq.


