Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İtaliya Futbol Federasiyası ispan mütəxəssisə milli komandanın baş məşqçisi postunu təklif edib. Qvardiola bu həftə təklifi dəyərləndirsə də, sonda imtina etmək qərarına gəlib.
Bildirilib ki, 55 yaşlı mütəxəssis bir müddət istirahət etdikdən sonra futbola qayıtmaq istəyir.


