Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov “UAE Warriors” turnirində növbəti parlaq qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz çempionluq kəmərini müdafiə döyüşündə avstraliyalı Ris Maklarenlə qarşılaşıb. Görüş gözləniləndən də tez başa çatıb.

Çopurovun ilk raunddakı ilk dəqiq və sarsıdıcı zərbəsi rəqibini nokauta salmağa yetərli olub.

Bununla da idmançımız çempionluq kəmərini özündə saxlayıb.