“Fənərbağça”da yeni mövsüm öncəsi dəyişikliklər davam edir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, baş məşqçi İsmayıl Kartalın komandada qalmasını istədiyi bildirilən braziliyalı yarımmüdafiəçi Fred klubdan ayrılmağa yaxındır. Təcrübəli futbolçu ilə Braziliyanın “Atletiko Mineyro” klubu yaxından maraqlanır.
Fredin meneceri artıq İstanbula gəlib və futbolçunun sərbəst buraxılması ilə bağlı “Fənərbağça” rəhbərliyi ilə görüş keçirəcək. Razılıq əldə olunacağı halda, braziliyalı yarımmüdafiəçi “Atletiko Mineyro” ilə müqavilə imzalayacaq.


