Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında Elxan Səmədov növbəti dəfə qurumun prezidenti vəzifəsinə seçilib.
Offsideplus.az-ın məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL rəhbərliyi və klub nümayəndələrinin iştirak etdiyi tədbirdə qurumun son 4 illik fəaliyyəti və maliyyə hesabatları dinlənilib.
Daha sonra keçirilən səsvermədə vahid namizəd olan Elxan Səmədov yekdilliklə növbəti 4 il müddətinə PFL-in prezidenti seçilib.
Sonda qurumun İdarə Heyətinin yeni tərkibi də təsdiqlənib. Növbəti 4 ildə İdarə Heyətində bu şəxslər təmsil olunacaqlar:
-
Elxan Səmədov – PFL prezidenti
-
Məlik Həsənov – İdman işləri üzrə müşavir
-
Aslan Şahgəldiyev – Vitse-prezident
-
Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
-
Elgiz Abbasov – Texniki-idman direktoru
-
Sənan Abdullayev – Media və marketinq direktoru


