Lonni Uoker, "Makkabi Tel-Əviv"ə qoşulmasından bir il sonra yenidən komanda dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, ispan jurnalist Çema de Lukasın məlumatına görə, "Real Madrid" keçmiş NBA müdafiəçisi ilə müqavilə bağlamaq üçün danışıqlar aparır. Uoker, keçən yay "Makkabi" ilə üç illik müqavilə imzalamışdı, lakin bir ildən sonra klubu tərk edə bilər. 26 yaşlı oyunçu, ötən mövsüm EuroLeague-də keçirdiyi 28 oyunda orta hesabla 15.2 xal toplayaraq "Makkabi"nin hücum liderlərindən biri olmuşdu.
"Real Madrid" bu yay Timote Luvavu-Kabaro, Mikael Yantunen və Xaime Pradilla kimi oyunçularla heyətini gücləndirib.


