Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 12 avrodan başlayır və 100 avroya qədər dəyişir.
Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında Bakıda keçirilmiş matç qolsuz bərabərliklə yekunlaşıb. Cavab matçı iyulun 30-da Sofiya şəhərindəki "Vasil Levski" stadionunda keçiriləcək.


