"Nyukasl" klubu Fransanın "Monako" komandasının futbolçusu Alaci Bambanı heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, A.Bamba "Monako"nun əsas komandasında 2025-ci ilin avqustunda debüt edib. Futbolçu bütün turnirlərdə 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.


