"Olimpia Milano" amerikalı mərkəz oyunçusu Moses Rayt ilə uzunmüddətli müqavilə imzaladığını elan etdi. 27 yaşlı və 207 sm boyunda olan Rayt, İtaliya klubuna qoşulmazdan əvvəl "Barselona" ilə də razılığa gəlmişdi və katalonlara qoşulacağını şəxsən təsdiqləmişdi.

Offsideplus.az xəbər verir ki, SDNA-nın məlumatına görə, Raytın müqaviləsində 900 000 avro məbləğində çıxış bəndi var idi. Rayt keçən mövsümü "Jalgiris"də əsas mərkəz oyunçusu kimi keçirib, orta hesabla 23 dəqiqəlik oyun vaxtında 13,2 xal və 6,5 ribaund toplayıb.