Kişi basketbolçulardan ibarət Azərbaycanın U-18 millisi bu gün Avropa çempionatının B divizionunda ilk oyununa çıxır.
Offsideplus.az xəbər verir ki, yığmamız turnirin startında Polşa seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
B divizionun B qrupunda mübarizə aparan komandamız üçün bu matç qrupdan çıxmaq iddiaları baxımından böyük əhəmiyyət kəsb edir. Basketbolçularımız ilk oyundan qələbə ilə ayrılaraq turnirə uğurlu start vermək niyyətindədir.


