"Fənərbağça" Rafael Leano transfer etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi bunun üçün rəsmi danışıqlara da start verib. Bu barədə "La Qazetta" nəşri məlumat yayıb.
Klubun Leaoya təklif etdikləri isə budur:
* 5 illik müqavilə
* İllik 8 milyon avro maaş
* Vurulan 15 qola 1.5 milyon bonus
* Komanda çempion olsa, 1 milyon avro bonus
Xatırladaq ki, portuqaliyalı ulduz da "Milan"dan ayrılmağa isti yanaşır.


