"Qalatasaray" və "Fənərbağça" arasındakı rəqabət bu dəfə transfer bazarında da müşahidə olunur.
Offsideplus.az xəbər verir ki, İtaliyanın "Milan" klubunun 27 yaşlı portuqaliyalı ulduz vinqeri Rafael Leau Türkiyə Superliqasının iki nəhənginin transfer gündəmini zəbt edib.
-
Daniel Lonqonun İddiası: İtalyan insayder Daniel Lonqonun yaydığı məlumata görə, "Qalatasaray" Leaunu heyətinə qatmaq üçün artıq rəsmi addımlar atıb. İstanbul təmsilçisinin futbolçuya mövsümlük8 milyon avro zəmanətli maaş + 3 milyon avro bonus ehtiva edən təklif irəli sürdüyü bildirilir. İtaliya klubunun bu transfer üçün gözlədiyi transfer haqqı isə 50 milyon avro civarındadır.
-
Sərdar Əli Çəliklərin Şərhi: Məşhur türk idman şərhçisi Sərdar Əli Çəliklər isə "Fənərbağça"nın da bu transfer prosesində yer aldığını bildirib. O, "sarı-lacivərdlilər"in hücum xəttinə dunya səviyyəli ulduz qazandırmaq planları çərçivəsində Rafael Leaunu transfer etmək ehtimalının kifayət qədər yüksək olduğunu vurğulayıb.
Hər iki İstanbul klubunun oyunçunun şərtləri və "Milan"ın tələbləri ilə maraqlandığı, transfer yarışının gərgin keçəcəyi gözlənilir.
.jpg?1784665828147)


