"Fənərbağça" Meyson Qrinvudun ardından aylardır üzərində çalışdığı hücumçu transferində də xoş xəbərə çox yaxındır.
Offsideplus.az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" Seru Qirassi transferi üçün "Borussiya Dortmund"la razılıq əldə edib.
İstanbul təmsilçisinin Almaniya klubu ilə 25 milyon avroya əl sıxışdığı və bu məbləği hissə-hissə ödəyəcəyi bildirilir.
Digər tərəfdən, Qirassinin də "Fənərbaxça"dan bonuslarla birlikdə illik 10 milyon avro məvacib alacağı qeyd olunub.
Bazar dəyəri 32 milyon avro olan qvineyalı hücumçunun "Borussiya Dortmund"la 2028-ci ilə qədər müqaviləsi var idi.
O, ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb və 22 qol vurmağı bacarıb.


