İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini daha iki il - İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi edəcəyi DÇ-2030-un sonunadək uzatmağı planlaşdırır.

Offsideplus.az "As" nəşrinə istinadən xəbər verir ki, İspaniya seçməsini Avro-2024 və DÇ-2026-da çempionluğa daşıyan 65 yaşlı mütəxəssisin mövcud sözləşməsi Avro-2028-in sonuna qədər nəzərdə tutulub.

RFEF prezidenti Rafael Lusan əmindir ki, İspaniya millisini ev sahibi olacaqları 2030-cu il turnirinə məhz hazırkı baş məşqçi hazırlamalıdır. Müqavilənin müddətinin uzadılması ilə yanaşı, de la Fuentenin xidmətlərinə uyğun olaraq maliyyə şərtlərinin də yaxşılaşdırılacağı gözlənilir.

Danışıqların yay mövsümünün sonunda başlayacağı bildirilir.